İqtisadiyyat

QATAR AIRWAYS yeni Səyahət Festivalı təklifləriylə dünya səyahətçilərini arzularını gerçəkləşdirməyə çağırır

29 Avqust 2016 10:00
Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Möhtəşəm təkliflər və 29 avqust ilə 5 sentyabr tarixləri arası pulsuz Qatar Airways biletləri qazanma şansı.

Qatar Airways-in məşhur Səyahət Festivalı geri döndü! Artıq dünya boyunca səyahətçilər möhtəşəm istiqamətlərə xüsusi qiymətlərdən faydalancaqlar.

29 avqustdan 5 sentyabr 2016-cı il tarixinə qədər davam edəcək Qatar Airways Səyahət Festivalı 2 al, 1 ödə, 50%-ə qədər endirim, uşaqlar üçün pulsuz səyahət imkanı kimi təkliflərlə 15 sentyabr 2016 - 30 iyun 2017 tarixləri müddətində səyahət imkanı verəcək və səyahətçiləri dünyanın ən məşhur destinasiyalarına aparacaqdır. Festival həmçinin otellərdə xüsusi təkliflər, avtomobil icarəsinə endirim və s. kimi üstünlüklərlə də səyahətçiləri sevindirəcəkdir.

Müştərilər Bakıdan Amerikaya 632 manatdan başlayaraq, Hindistan subkontinentinə 777 manatdan başlayaraq, Afrikaya 1042 manatdan başlayaraq və Yaxın Şərqə 350 manatdan başlayaraq ən uyğun qiymətə səyahət edə biləcəklər. Bir sıra məşhur istiqamətlər - Nyu-York (632 manatdan), Tbilisi (257 manatdan), Maldiv (856 manatdan). Qatar Airways Privilege Club üzləri Səyahət Festivalı zamanı edilən bronlar üçün üçqat Qmiles qazanacaqlar.

Qatar Airways-in Avropa üzrə vitse-prezidenti cənab Conatan Hardinq (Jonathan Harding) deyir: "İlk dəfə bu ilin yanvar ayında baş tutan Qatar Airways Səyahət festivalı müştərilərimizə ən yaxşı təkliflərdən faydalanmaq üçün unikal paltforma yaratdı. Budəfəki Səyahət Festivalı zamanı isə sərnişinlərimiz daha möhtəşəm səyahət paketləri və təklifləri seçəcək, dünyanı kəşf edəcəklər. Biz insanlara səyahəti yalnız arzulamağı deyil, gerçəkləşdirməyə həvəsləndirmək istəyirik".

Səyahət Festivalı zamanı olan təkliflər həm biznes, həm də ekonom sinfə aid olub gediş-dönüşlü biletlər üçün Qatar Airways-in Avropa, Yaxın Şərq, Amerika, Afrika, Hindistan subkontinenti və Asiyada 150-dən çox istiqamətə şamil ediləcəkdir.

Səyahət Festivalı təklifləri haqqında məlumat üçün müştərilər qatarairways.com/travelfestival saytını izləyə bilərlər. Bundan başqa müştərilər istənilən Qatar Airways satış ofisinə və ya seçilmiş turizm agentliklərindən birinə yaxınlaşa bilərlər.

Səyahətçilər Qatar Airways-in Dohada yerləşən və dünyanın ən yaxşı 10 hava limanından biri olan Hamad beynəlxalq hava limanından aviaşirkətin genişlənən şəbəkəsi boyunca 150-dən çox istiqamətə səyahət etməkdən zövq alacaqlar. Artıq sərnişinlərimiz 2016-cı ildə şəbəkəmizə daxil olan Los-Anceles (ABŞ), Atlanta (ABŞ), Mərakeş (Mərakeş) və Piza (İtaliya), Boston (ABŞ), Sidney (Avstraliya), Ras Al Xayma (BƏƏ), Birmingem (Birləşmiş Krallıq) kimi şəhərlərə də səyahət edə biləcəklər.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.