İqtisadiyyat

Neft ucuzlaşdı

27 Noyabr 2015 07:55
1 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya birjalarında neftin qiymətində başlayan bahalaşma nisbi ucuzlaşma ilə əvəz olunub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti ötən günə nisbətən ucuzlaşaraq 45.46 dollara düşüb. 

"Texas" (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən ucuzlaşaraq 42.69 dollar olub. 

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,70 dollar ucuzlaşaraq 45,87 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, ucuzlaşma müşahidə olunan qızılın qiyməti 1 qram üçün 34.46 dollara düşüb. Gümüşün qiymətində də nisbi ucuzlaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib. 

Ötən gün dolların qiymətində də bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0511 AZN təşkil edib. Euroda müşahidə olunan bahalaşma isə ucuzlaşma ilə əvəzlənib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1164 AZN təşkil edib. Rusiya valyutasının qiyməti isə sabit qalıb. Dünən 1 rublun qiyməti 0.0161 AZN olaraq qalıb. 

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları - 1.0511 AZN
1 Euro - 1.1164 AZN 
1 rus rublu - 0.0161 AZN

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.