İqtisadiyyat

Bakı və Barselona arasında birbaşa aviareys açılacaq

27 Noyabr 2014 18:11
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
""Vueling" aviaşirkəti 2015-ci ilin yayında Barselona-Bakı-Barselona marşrutu üzrə mütəmadi mövsümi aviareyslər açmağı planlaşdırır".

Bunu Trend-ə şirkətin beynəlxalq satışlar üzrə meneceri Xesus Blanko deyib.

Onun sözlərinə görə, bu aviareysin açılması məsələsi üzrə danışıqlar bir neçə gündür aparılır: "Biz danışıqları başa çatdırmağı və postsovet məkanının bir çox ölkələri ilə etdiyimiz kimi, yay mövsümünün əvvəlinə uçuşların reallaşdırılmasına başlamağı planlaşdırırıq".

X.Blanko reysin açılışının dəqiq tarixini açıqlamayıb: "Aviaşirkət reysləri payız mövsümünün də bir hissəsini əhatə edən yay mövsümündə açır. Bazarın tələbatından asılı olaraq, aviareyslər müəyyən fasilələrlə il ərzində davam edir".

Reyslərin sayına gəlincə, X.Blanko əlavə edib ki, bu məsələ hələ dəqiqləşdirilir: "Lakin indiki halda söhbət həftədə bir və ya iki reysdən gedə bilər".

Hər iki tərəfə aviabiletlərin qiyməti 400-500 avro arasında dəyişir, lakin sərnişinlər xüsusi təkliflərdən də istifadə edə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.