Bazarlarda məhsulların qiymətinin 2 dəfəyədək bahalaşmasına səbəb nədir?
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, avqust ayı olmasına baxmayaraq, bazarlarda meyvə-tərəvəzin qiyməti keçən ayla müqayisədə xeyli artıb. İndi qiymətin qalxması həm alıcıları, həm də satıcıları məyus edir. Qiymətlərin artması nə ilə əlaqədardır?
Bol məhsul vaxtı qiymətlərin münasib olmasına adət etsək də, avqust ayında gözlənilənlərin əksi baş verib. Vitrində alıcılarını gözləyən meyvə-tərəvəz indi təxminən 2 dəfə artıq qiymətə təklif olunur. Bahalaşma isə, daha çox pomidorun satışında özünü göstərir.
Alıcı: "Əvvəllər pomidoru 70-80 qəpiyə alırdıq, indi isə, 01.20 AZN-dir. Bir sözlə, qiymətlərdə artım var".
Bahalıqdan ən çox əziyyət çəkən isə əllərindəki mala alıcı tapmağa ümid edən satıcılardır.
Satıcı: "Pomidorun qiyməti 1 - 1,5 manata qalxıb. Ona görə də alıcılıq qabiliyyəti də azalıb. Əvvəllər alıcı da çox idi, satan da bilirdi ki, qazancı var, amma indi bahalıqdır".
Satıcı: "Keçən ay pomidoru 30-40 qəpiyə satırdıq, bolluq idi, ancaq alıcı tapılmırdı, hamı dağa istirahətə gedirdi. İndi də Rusiya ilə sərhəd açılıb deyə yaxşı mallar xaricə aparılır, qalanlarını isə burada satırıq".
Satıcılar bildirirlər ki, mövcud bahalaşma pomidorun Rusiya bazarlarına yol açması ilə bağlıdır. Qiymət artımı yalnız pomidorda deyil, həmçinin digər tərəvəz və meyvələrin qiymətində də özünü göstərir. Qeyd edək ki, Gəncə bazarına pomidor daha çox Şəmkir və Goranboydan gətirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Un bahalaşdı, çörəyin qiyməti qalxmadı, ancaq…
- Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı
- "Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
- Qarabağda #Birbaşlanğıc daha:Kapital Bank-ın Xankəndi filialı açıldı
- Pensiyalarda nə qədər artım olacaq? - Nazir müavini açıqladı - VİDEO
- Azərbaycan nefti ucuzlaşdı
XƏBƏR LENTİ
- Ebru Şallı gözəllik sirrini açıqladı: hər səhər 1 stəkan...
- Ayxan Abbasov: “Dəyişiklik olacaq”
- Ən "gözəl" xəstəliyin adı açıqlandı: Gözlərdə sanki qalaktika parlayır
- Skidan 3-cü qızılı qazanıb
- Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
- Türkiyədə zəlzələ oldu
- "Zirə"nin potensial rəqibləri - SİYAHI
- Arı pətəkləri kütləvi yandırılır: Yeni Zelandiya sakinləri qorxu içində
- Türk Silahlı Qüvvələri Suriyanın şimalında terrorçuları zərərsizləşdirib
- Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar isti havada necə qorunmalıdırlar? - HƏKİM MƏSLƏHƏTİ
- Tozlu hava şəraiti davam edir
- Hibrid "Lamborghini" ən güclü "Tesla" ilə yarışdı
- Ukrayna bu silahlarla Rusiyaya zərbə endirə bilməz - Kansler
- 23 yaşlı britaniyalı milyonçu supermarketdə işləyir - FOTOlar
- Adil Şükürov: “Kəpəz" yüksəklərdə olmağa layiqdir”
- Bakıda avtomobil aşdı - VİDEO
- İyirmi dəqiqəyə bel ağrılarından xilas olmaq mümkündür?
- Məşhur futbolçu karyerasını başa vurur
- "Qisasçılar"ın qəhrəmanı Hollivudun "Şöhrət xiyabanı"nda ulduz aldı - FOTOlar
- Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
- Dünyanın ən yaxşı un məmulatları açıqlandı: Azərbaycan ilk onluqda
- Putin Özbəkistana getdi
- Keşiş Baqrat Paşinyanla görüşəcək
- Dünyanın ən faydalı qidaları