İqtisadiyyat

"Muğanbank" ASC Türkiyənin İstanbul şəhərində 9-12 aprel 2014-cü il tarixlərində "PUL KÖÇÜRMƏLƏRİ" mövzusunda keçirilmiş ikinci Beynəlxalq Konfransın baş sponsoru olub

30 Aprel 2014 10:30
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
9-12 aprel tarixlərində İstanbulda "Titanik Business Bayrampaşa" otelində "Biznes format" şirkətinin təşkilatçılığı ilə "PUL KÖÇÜRMƏLƏRİ" mövzusunda ikinci Beynəlxalq Konfrans keçirilmişdir.

"Muğanbank" ASC beynəlxalq konfransın baş sponsorlarından biri kimi çıxış etmişdir.

Konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Çexiya, Özbəkistan, Moldova bankları və maliyyə institutlarının rəhbər işçiləri, banklararası biznesin nümayəndələri, maliyyə təşkilatlarının rəhbərləri, analitik-ekspertlər olmaqla 30-dan artıq nümayəndə iştirakçı və qonaq qismində iştirak etmişlər.

"Muğanbank" ASC-nin nümayəndə heyəti beynəlxalq konfransın işində fəal iştirak etmişdir. Bankın İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov "Monex dünən, bugün, sabah və bazarda innovasiyalar" mövzusunda məzmunlu məruzə ilə çıxış edərək "Monex" təcili pul köçürmələri sisteminin, həmçinin beynəlxalq maliyyə bazarlarının təhlilinin aparılması üçün şəxsi müasir məhsul və texnologiyaların işlənib-hazırlanması, tətbiqi və istifadəsindən ətraflı bəhs etmişdir. Konfransda müxtəlif beynəlxalq təcili pul köçürmə sistemlərinin nümayəndələri, həmçinin "Aktif Yatırım Bankası A.Ş"-nin nümayəndəsi Ersun Kutlu maraqlı məruzələrlə fərqlənmişlər. Ersun Kutlu məruzəsində "UPT" pul köçürmələri sisteminin inkişafından danışmışdır.

Forumun digər iştirakçılarının çıxışları təcili pul köçürmə sitemləri bazarı, dünyadakı vəziyyət, təcili pul köçürmə sistemləri bazarının və onun yerli seqmentlərinin inkişaf proqnozlarına həsr olunmuşdu. Konfrans iştirakçıları habelə banklararası maliyyə bazarının infrastrukturunun inkişafı məsələlərini müzakirə etmişlər.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış maliyyə institutlarından biri olan "Muğanbank" ASC fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bankın ölkə üzrə 33 filialı və 6 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi ("USAID"), Avropa Yenidənqurma və İnkişaf Bankı ("EBRD"), Beynəlxalq Maliyyə Korporasiyası ("IFC"), ABŞ-ın WorldBusiness Capital, Inc. investisiya fondu ("WBC"), Xarici Özəl İnvestisiyalar Korporasiyası ("OPIC") kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. "Muğanbank" ASC Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli müxbir əlaqələrə malikdir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.