Mədəniyyət

"Eurovision"da qələbəyə ən real namizədlər - Azərbaycan neçəncidir? - FOTO

13 May 2017 13:59
4 Şərh     Baxış: 2 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bukmekerlər bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsində qələbəyə ən real namizəd olan ölkələrin adlarını açıqlayıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bukmekerlərin ehtimalına görə, liderlik Portuqaliya təmsilçisi Salvador Sobrala məxsusdur.

İkinci yerə italiyalı Françesko Qabbani, üçüncü yerə isə Bolqarıstan təmsilçisi Kristian Kostov namizəddir.

Belçika, İsveç, Xorvatiya, Böyük Britaniya, Rumıniya, Danimarka, Fransa təmsilçiləri də 26 ölkə arasında ilk onluqda yer alıblar.

Bukmekerlərin ehtimalına görə, Azərbaycan namizəd ölkələr arasında 15-ci yerdədir. Qalib olma şansı ən aşağı olan ölkələr isə Kipr və İspaniyadır.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək. Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.