Mədəniyyət

Azərbaycanlı müğənni Rusiya teatrında çıxış edəcək - FOTO

8 Yanvar 2017 23:06
1 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin "Don Karlos" operası nümayiş etdiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, səhnə əsərində Don Karlos obrazını martın 23-də və 25-də azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.

Əlcəzairdə dünyaya göz açmış Yusif Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.

Y.Eyvazov dünya şöhrətli ifaçı Anna Netrebko ilə ailəlidir. Cütlük 2015-ci ilin dekabrında Vyanada ailə həyatı qurub. Bu, Annanın ikinci nikahıdır. O, bundan əvvəl Ervin Şrotla evli olub və ondan Tyaqo adlı bir oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.