Mədəniyyət

Türkan Şoray hansı azərbaycanlı məşhurdan 4 milyon istəyibmiş?

10 İyul 2016 23:10
13 Şərh     Baxış: 13 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış kinorejissor Əbdül Mahmudbəyli Türkiyəninin sənət kraliçası Türkan Şorayla bağlı maraqlı fakt açıqlayıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən rejissor türk aktrisasının vaxtilə Azərbaycanda filmə çəkilmək üçün 4 milyon qonorar istədiyini deyib:

"O vaxt Türkan Şorayın çox məşhur vaxtları idi, rəhmətlik Tofiq Tağızadə onu Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri əsasında ekranlaşdırdığı "O dünyadan salam" filminə dəvət etmişdi. Amma Türkan Şoray elə bir məbləğdə qonorar tələb etmişdi ki, həmin pul filmin bütöv büdcəsini təşkil edirdi. Onda da bir filmin büdcəsinə rus puluyla 3-4 milyon manat vəsait ayrılırdı. Tofiq Tağızadənin arzusu buna görə ürəyində qaldı, aktrisanı Azərbaycana gətirə bilmədi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.