Mədəniyyət

""My name is İntiqam 3"ü Marsda çəkəcəyik" - VİDEO - FOTO

10 Oktyabr 2015 15:07
0 Şərh     Baxış: 4 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci hissəsi ilə adından yetəri qədər söz etdirən "My name is İntiqam" filminin ikinci hissəsinin nümayişinə sayılı günlər qalıb.

Filmin baş qəhrəmanı və prodüseri olan Müşviq Şahverdiyev Milli.Az-a açıqlamasında bildirib ki, hər şey istədikləri kimi gedir: "Artıq oktyabrın 28-i filmimiz işıq üzü görəcək. Nizami Kino Mərkəzində qala-gecəmiz olacaq. Bu dəfə qala-gecəsinə biletlər keçənilkindən daha çoxdur. Hamınızdan tək istəyimiz - gəlin, baxın, qiymət verin, yerli kinolarımızın inkişafında payınız olsun. Bu filmimiz birincini kölgədə qoyacaq. Ayın 29-dan isə bütün kinoteatrlarda nümayiş olunacaq. Ümid edirik ki, tamaşaçılar da lazımi diqqəti və dəstəyi göstərəcəklər. Bu il bizim rəqibimiz yoxdur. Bu filmimizdən sonra qışda yeni film üzərində işləyəcəyik. Hər birinizi ayın 28-i gözləyirəm".

Filmin rejissoru İlham Yaşaroğlu da bu filmdən çox şey gözlədiyini bildirib: "Hər şey yaxşı olacaq. Texniki işləri artıq yekunlaşdırmışıq. Bu ilk filmim olmasına baxmayaraq, əminəm ki, bu film bu il çəkilən bütün filmləri üstələyəcək və birinci filmimizdən qat-qat yüksəkdə duracaq. Filmin uğurlu olması komandadan asılıdır. Şükürlər olsun ki, bizim komandada hər şey qaydasındadır. Biz hələ "My name is İntiqam"ın 3-cü hissəsini də çəkmək fikrindəyik. Həmin filmi Marsda çəkəcəyik (gülür). Onsuz da su da tapıblar orada. İşimiz rahat olacaq. Tamaşaçıların hamısını ayın 28-i filmimizin qala-gecəsinə dəvət edirəm. Oktyabrın 29-dan isə bütün kinoteatrlarda nümayiş olunacaq". 

Filmin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.