Mədəniyyət

"Arşın Mal Alan" filmi Hollivudda nümayiş olunacaq - VİDEO

28 Avqust 2015 12:08
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası olacaqdır.

Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" kinoteatrında təqdim ediləcək.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, "Arşın Mal Alan" filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.