Mədəniyyət

Muğannanın ölümündən 1 il ötdü

1 Aprel 2015 09:51
1 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov ötən il 86 yaşında dünyasını dəyişib

Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğannanın (Hüseynov) vəfat etməsindən 1 il ötdü.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, "İdeal" yazarımız Muğanna 1928-ci il aprelin 12-də Azərbaycanın Ağstafa rayonunda dünyaya gəlib. Ağstafada orta məktəbi bitirəndən sonra BDU-nun filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.

İsa Muğannanın "Məhşər", İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.

İsa Hüseynovun ssenariləri əsasında "Tütək səsi", "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.

Xalq yazıçısı, "İstiqlal" ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb. Bu onun son mükafatı idi.

İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.

Allah rəhmət eləsin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.