Mədəniyyət

Tanınmış aktyor əməliyyat olundu - FOTO

19 Dekabr 2014 17:27
1 Şərh     Baxış: 8 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Xəzər" televiziyasında yayımlanan bir neçə serialın əsas rollarının ifaçısı, gənc aktyor Elsevər Mehdizadə ağır əməliyyat keçirib. Milli.Az publika.az-a istinadən xəbər verir ki, Mehdizadə iki gün öncə paytaxtdakı özəl klinikaların birində öd kisəsindən əməliyyat olunub:

"Bu problem məndə bir neçə il əvvəl olub. Son üç-dörd ildə isə hiss edirdim ki, vəziyyət daha da ağırlaşır. Axır vaxtlar tez-tez sancılar olur. Hətta yeriyə, otura, avtomobil idarə edə bilmirdim".

Aktyor bildirib ki, təxminən bir saata yaxın davam edən əməliyyatla onun öd kisəsi kəsilib götürülüb:

"Ödümdən iki ədəd böyük daş çıxdı. O daşları görəndə şok keçirdim. Deməli, mən bu vəziyyətdə gəzirmişəm. Amma şükür ki, əməliyyat uğurla keçdi. Həkimimə də minnətdarlığımı bildirirəm".

E.Mehdizadə çətin günündə onu tək qoymayan dostlarına, sənət yoldaşlarına da təşəkkürünü bildirib:

"Ətrafımda olan bütün dostlarım bu günlərdə məni tək qoymadılar, dəstək oldular. Artıq özümü yaxşı hiss edirəm. İnşallah, hər şey yaxşı olacaq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.