Mədəniyyət

Gənc aktrisa xəstəxanaya yerləşdirildi: "Atası körpəmdən imtina edir"

23 Noyabr 2014 09:30
19 Şərh     Baxış: 22 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamilə olan aktrisa Türkan Əliyeva Respublika Perinatal Mərkəzinə yerləşdirilib

Milli.Az-ın məlumatına görə, qafqazinfo-ya açıqlama verən aktrisa bildirib ki, uşağını itirmək təhlükəsi ilə qarşı-qarşıyadır:
 

"Xəstəxanada həkim nəzarəti altındayam. Hamiləliyimin yeddinci ayındayam, uşağımı itirmək təhlükəsi var. Buradan sağ çıxıb-çıxmayacağımı bilmirəm. Uşağın atası körpəmdən imtina edir, köməyə ehtiyacımız olduğunu bilir.

Elə etməsin ki, uşağını ona göstərməyim. Verilişlərin birində DNT testi etdirəcəm, qoy uşağın atasının kim olduğunu hamı bilsin. İstəyirəm ki, o şəxs uşağıma atalıq hüququ versin. Onun başqa köməyi lazım deyil. Hamilə olduğum üçün işləyə bilmirəm. Buradan çıxandan sonra körpənin atasının kimliyini açıqlayacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.