Mədəniyyət

Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı keçirilib - FOTO

4 Aprel 2025 16:53
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşid Behbudov adına Dövlət mahnıTeatrında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı keçirilib.

Milli.Az bildirir ki, konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Səid Rüstəmovun həyat və yaradıcılığından danışıb. Gecədə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, solistlər Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov ifaçılar Ramazan Şərifzadə və Nəzrin Əliyeva bəstəkarın bir-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını ifa ediblər.

Solistləri teatrın ansamblı (rəhbər Mirxalid Salayev) müşayiət edib. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.