Hadisə, Kriminal

Hüseyn Dəryanı ölümə aparan şəxs tutuldu

6 İyun 2014 12:14
35 Şərh     Baxış: 13 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəsimi rayonunun hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhər sakini Hikmət Şahverdiyevə cinayət işi açılıb
Millli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

H.Şahverdiyev 2008-ci ildə məşhur reper Hüseyn Dəryaya narkotik satdığına görə reperlə birgə həbs edilib. Həmin vaxt H.Şahverdiyev Hüseyn Dəryaya narkotik maddə olan heroin satmaqda günahlandırılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkərək 2009-cu ildə azadlığa çıxıb.

Bu dəfə günahı sübuta yetirilərsə, H.Şahverdiyevi 3 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, məşhur reper martın 15-də 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.