Kriminal

Narkotik alverçiləri saxlanıldılar - VİDEO - FOTO

11 May 2017 15:44
0 Şərh     Baxış: 2 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul polisi sakinlərdən narkotik vasitə götürüb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Zaur Mikayılov saxlanılıb və onun üzərinə baxış keçirilib. Bu zaman 4 ədəd kibrit qutusuna qablaşdırılmış ümumi çəkisi 39, 06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, Mikayılov marixuananı Hacıqabul rayon Udulu kənd sakini, 32 yaşlı Əli Abbasovdan 200 manata alıb. Ona narkotik vasitəni satan isə Şirvan sakini 38 yaşlı Elşən Məmiyev olub. Əli Abbasov bunun üçün ona 180 manat verib.

Yavər Eyvazov - müstəntiq: "Elşən Məmiyev tərəfimizdən polis şöbəsinə dəvət edilərkən onun üzərindən 4 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra Kür çayının sahilində də əkilib-becərilməsi qadağan olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür".

Faktla bağlı tərəfimizdən cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hacıqabulda narkotik alverçiləri saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.