Azərbaycanlı biznesmen güllələndi - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:00
Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.
Hadisə dünən axşam 20:30 radələrində Volqoqradın Dzerjinski rayonunda baş verib. Naməlum şəxslər "Lexus" markalı avtomobildə olan azərbaycanlı iş adamına odlu silahdan atəş açıblar. Nəticədə ağır yaralanan azərbaycanlı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən iş adamı, 1983-cü il təvəllüdlü Əsədov Zülfüqar Mütəllim oğludur. 4 uşaq atası olan Zülfüqar Volqoqradda bizneslə məşğul olub. Əslən Şəmkirin Zəyəm kədindən olan iş adamı sentyabrın 26-dan axşam saatlarında yaşadığı evin qarşısında maskalı şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Kalaşnikov avtomatı ilə silahlanan maskalı şəxslər Z.Əsədovun idarə etdiyi maşına yaxınlaşaraq ona bir neçə dəfə atəş açıblar. Hadisə zamanı avtomobildə başqa bir şəxs də olub. Lakin ona heç bir xəsarət yetirilməyib. Maskalı şəxslər Z.Əsədova avtomatdan bir neçə dəfə atəş açaraq, hadisə yerindən gəldikləri avtomobillə qaçıblar.
Ağır yaralanan Z.Əsədovu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad üzrə regional bölməsinin sədri Teymur Həsənov Z.Əsədovun cəsədinin bu gün dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonunun Zəyəm kəndinə aparılacağını bildirib. Onun sözlərinə görə, qətli törədənlər hələlik müəyyənləşməyib.
Qeyd edək ki, qətlin sifarişli olması ilə bağlı iddialar va. Buna qədər Z. Əsədova 3 dəfə sui-qəsd olunub. Sentyabrın 26-da baş verən sui-qəsd isə dördüncü olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" və "qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
----------
14:04
Volqoqrad polisi sentyabrın 26-da axşam saatlarında Şekinski rayonundakı 32 saylı binanın qarşısında "Lexus" avtomobilinə atəş açaraq onun sürücüsünü öldürən killeri axtarır.
Modern.az Rusiya mediasına istinadən bildirir ki, ölən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovdur. O, çoxsaylı güllə yaraları ilə xəstəxanaya gətirilib, ancaq həkimlər həyatını xilas edə bilməyiblər.
Məlum olub ki, bu, Əsədovun həyatına edilən ilk qəsd deyil. Keçən il onu güllələyiblər, ancaq vaxtında tibbi yardım göstərildiyindən həyatını itirməyib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bu dəfə Əsədovun yanında onun mühafizəçisi də olub. O, yaralansa da, sağ qalıb, hazırda xəstəxanadadır.
İstintaqçılar baş verən hadisə ilə bağlı ilkin mənzərəni təsəvvür edə biliblər. Məlum olub ki, qara paltarlı maskalı killer Əsədovun avtomobilini nəzarətdə saxlayıb. "Lexus" evə yaxınlaşanda cinayətkar "Kalaşnikov" avtomatından fasiləsiz atəş açıb. Sonradan killeri onu müşayiət edən şəxslə hadisə yerindən uzaqlaşıb. Cinayətkarların ağ rəngli "Jiquli" ilə hadisə yerindən uzaqlaşdıqları bildirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





