Kriminal

Bakıda "mavi" cinayəti: Ayka kimi evinə çağırdı, sonra isə....

10 Aprel 2015 13:12
8 Şərh     Baxış: 14 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "pullu" eşq dünən çox əcaib görkəmdə idi. Sevən də, sevilən də kişi doğulmuşdular

Milli.Az xəbər verir ki, aprelin 9-da özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən AtamoğlanovuNizami rayonu ərazisində kirayədə yaşadığı evə dəvət edib. Orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi həmin Aykanı tapıb. Həmin şəxs Şabran rayon sakini Qismət Soltanovdur. Bölmədən Milli.Az-a bildirildi ki, hər iki şəxs cinsi azlıqdır. Həmin Ayka Elşənlə telefonla danışaraq 30 manata intim xidmət göstərdiyini deyib. Elşən də həmin məbləğə razılaşaraq onun evinə gedib. Onlar arasında münasibət bitəndən sonra Elşən pulu olmadığını deyərək getmək istəyib. Ayka isə bıçağı onun boğazına dayayaraq mobil telefonunu əlindən alıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.