Kriminal

Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

27 Noyabr 2014 17:57
0 Şərh     Baxış: 2 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, araşdırmalar zamanı Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması, işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.