Kriminal

Bakıda polisi bıçaqlayanlar həbs olundular

22 Noyabr 2014 12:08
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabrın 20-də saat 02:30 radələrində, C.Xəndan küçəsində xidmətdə olan Bakı şəhər BPİ DYPİ-nin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinənlər saxlanılıblar.

"Qafqazinfo" Bakı Şəhər BPİ-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, "Nissan" markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və Cinayət Məcəlləsinin 126 və 128-ci maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulublar.

Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.