Kriminal

Bakıda qan donduran olay: bacısının başını kəsən qız etiraf etdi - YENİLƏNİB

23 Oktyabr 2014 11:16
1 Şərh     Baxış: 29 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:16

Bacısı tərəfindən öldürülən 20 yaşlı qızın cinsi azlıq nümayəndəsi olduğu iddia olunur.

Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.

P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısının cinsi azlıq nümayəndəsi olmasından şübhələnib və onun evə digər qızları gətirməsinə etiraz edib. O, kiçik bacısından bu əməllərinə son qoymasını tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.
 
Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın ailəsi Şəkidə sayılıb-seçilən ailələrdən biridir. Anspress-in məlumatına görə, Etibar Nuriyev tanınmış biznesmendir.

----------
10:29

Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
 
Hadisəni törədən P.Nuriyeva saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, oktyabrın 22-də Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Milli.Az

Uyğun link:

Bakıda tələbə qızın başını kəsdilər - YENİLƏNİB - VİDEO - TƏFƏRRÜATLAR
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.