Ölkə

Toğrul Əsgərovun qanında dopinq tapıldı - 1 illik cəza

18 May 2017 11:32
3 Şərh     Baxış: 7 298

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib.

Milli.Az apasport.az-a mistinadən xəbər verir ki, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
 
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq.  Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
 
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    asia · 18 May 11:3920

    Cox teesüff

    Cavab yaz
  • Anonim
    Nicoletta · 18 May 14:1410

    Çox pis oldum.İnana bilmirem.Hayıf diskvalifikasiya olundu yoxsa 100% əminəm ki, qızıl medalı qazanacaq idi.Bundan sonra ki, yarışlarda Uğurlar

    Cavab yaz
  • Anonim
    ?? · 18 May 20:2600

    Aybda ne pis. Mende deyirem goren niye Islam Oyunlarinda istirak etmir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.