Ölkə

Münsiflərdən "çoban"a cavab: "Finala qədər gələ bilərdi"

24 Aprel 2017 14:18
2 Şərh     Baxış: 2 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin münsifləri müsabiqənin Neftçaladan olan iştirakçısı Pərvin Səfərovun iddialarına cavab veriblər.

Milli.Az xəbər verir ki, xalq artisti Gülyaz Məmmədova ölkə.az-a bildirib ki, repertuar zəif olanda qiymət də aşağı düşür:

"Orada repertuar zəif olanda, nöqsanlar çoxalanda qiymət aşağı düşür. Amma mən yenə də siyahıya baxaram ki, o, hansı uşaq olub. 170 ifaçıydı, yadıma sala bilmədim. Layihənin rəhbəri Zaurdur, Teymur müəllimdir. Bəlkə sualı ona verəydiniz. Ancaq deyim ki, Teymur uşaqlara güzəşt edəndir". 

Əməkdar artist Teymur Əmrah isə bildirib ki, "Tanıdım səni"nin öz qayda-qanunu var:

"Təkcə bizdə yox, dünyada belədir ki, çıxış etdiyin yerdə sözü unudursansa, saxlayırlar. Müsabiqə canlı getdi-getmədi, səhnədə çaşmaq olmaz. Xaric oxuyan ifaçılara şans verməyimiz haqda dediyi yanlışdır. Amma Pərvin ümumən çox yaxşı səsdir. Sadəcə, sözü çaşdı. Finala qədər də gələ bilərdi. Lirik tenordur, gözəl səsi, eşitmə qabiliyyəti var. Özündən asılı olmayaraq, sözləri unutdu".

Qeyd edək ki, Pərvin Səfərov sayta müsahibəsində bildirmişdi ki, yanvar ayında iştirak etdiyi "Tanıdım səni" müsabiqəsində ona qarşı haqsızlıq edilib:

"Teymur Əmrah dedi ki, sənə yüksək bal verəcəkdim, amma dayandın. Zaur Baxşəliyev özü də onlara təsir elədi ki, dayandın, belə-elə... Amma canlı efir deyildi. Bir dəqiqə vaxt lazım idi ki, özümə gəlim, təzədən çəksinlər. Sadəcə, Zaur Teymura və Gülyaza təsir göstərdi. Halbuki, digər iştirakçılardan xaric oxuyanlara da şans verirdilər". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.