Ölkə

Polis avtomobili qarlı yolda qaldı, köməyə vətəndaşlar çatdılar - FOTO

17 Fevral 2017 10:23
0 Şərh     Baxış: 3 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisinin avtomobili xarab olaraq yolda qalıb.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda baş verib.

Paytaxtın Tbilisi prospekti ilə Cavad Xan küçəsinin kəsişməsində, 20 Yanvar dairəsinə gedən yolda baş verib. Yol polisinin köməyinə yoldan keçən vətəndaşlar çatıblar. Onlar avtomobili itələyərək yoldan kənara çəkilməsinə kömək ediblər.

Eyni vaxtda Cavad Xan küçəsi ilə Tbilisi prospekti istiqamətində 165 nömrəli marşrut üzrə hərəkətdə olan avtobus da qarlı yoxuşu qalxa bilmədiyindən yolda qalıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.