Akif Çovdarov: "Aşurbəyovla bağlı Eldar Mahmudova məruzə etdim, nazir onu cəzalandırdı" - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:37
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Milli.Az-ın report-a məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində İlqar Aşurbəyov ifadə verib.
O, təqsirləndirilən A.Çovdarova 300 min manat pul verdiyini söyləyib. Zərərçəkmişin sözlərinə görə, A.Çovdarov ona ailəsi ilə hədə-qorxu gəlib: "Akif Çovdarov məndən soruşdu ki, ailən var? Mən də onun sözündən qorxduğum üçün Akif Çovdarova 300 min manat pul verdim. Çünkü məni ailəmlə hədələdi".
Daha sonra İ.Aşurbəyov vəkillərin sualların cavablandırıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) cinayətkar yuva olduğunu vurğulayıb.
A.Çovdarov isə zərərçəkmişin dediklərini təkzib edərək bildirib ki, onun dedikləri yalandır: "İlqarın mənimlə şəxsi qərəzi var idi. Çünkü mən sabiq nazir Eldar Mahmudovun bir tapşırığı ilə bağlı öz işçimə tapşırıq vermişdim. Həmin işçim də tapşırıqla bağlı İlqardan bir məsələni soruşmuşdu. İlqar da mənim işçimə kobud cavab vermişdi. Mən də İlqarın dediklərini nazirə məruzə etdim. Buna görə nazir onu cəzalandırdı".
Müdafiəçilər zərərçəkmişə "nə üçün hansısa quruma şikayət etməməsiz" sualını veriblər.
O, heç kimə şikayət etmədiyini və vəzifədən çıxandan sonra da heç kimlə təması olmadığını bildirib.
Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisi Anar Abidov şahid qismində dindirilib. O, zərərçəkmiş Tofiq İbrahimovdan 62 min manat pul almadığını deyib.
Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş İ.Aşurbəyovun qayınatası Əflatun Kərimov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Ə.Kərimov bildirib ki, kürəkəni həqiqətən ondan 50 min manat borc pul alıb: "İlqar həmin pulu MTN-ə verəcəyini dedi".
İttiham aktına əsasən, İ.Aşurbəyov A.Çovdarova 300 min manat verib. Bu məbləğin 250 min manatını atası Əziz Aşurbəyov, qalan 50 minini isə qayınatası Ə.Kərimovdan alıb. Pul da iki dəfəyə verilib - birinci dəfə birbaşa A.Çovdarovun özünə verib. İkinci dəfə isə A.Çovdarovun köməkçisi Rövşən Ədilov vasitəsilə ona çatdırıb.
Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.
----------
15:26
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə zərərçəkmiş qismində ifadə verən İlqar Aşurbəyov təqsirləndirilən A.Çovdarova 300 min manat pul verdiyini deyib.
O bildirib ki, A.Çovdarov ona ailəsi ilə hədə-qorxu gəlməklə pul tələb edib: "Akif Çovdarov mənə "ailən var" dedi. Mən də sözündən qorxduğum üçün Akif Çovdarova 300 min manat pul verdim. Çünkü məni ailəmlə hədələdi".
Proses günün ikinci yarsında davam etdiriləcək.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. Sonra A.Çovdarovun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovla bağlı cinayət işi sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
XƏBƏR LENTİ
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib





