Ölkə

4 dövlət qurumunun dini icmaya qarşı birgə reydi - Qanunsuzluq aşkarlandı

8 Dekabr 2016 16:26
1 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

DQİDK-dan Milli.Az-a verilən məlumata görə, baxış zamanı Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Adıçəkilən ünvandan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat,19 ədəd video-kaset, 27 ədəd DVD və 80 ədəd CD aşkar edilərək götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.