Ölkə

"Günəşli" yatağında açıq fontanın qarşısının alınması işləri davam etdirilir - YENİLƏNİB

26 Sentyabr 2016 20:59
7 Şərh     Baxış: 5 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:59

Fövqəladə Hallar Nazirliyi və SOCAR "Günəşli" yatağındakı quyuda qaz təzahürünün baş verməli əlaqədar birgə məlumat yayıblar.

Milli.Az-a daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5" yanğınsöndürmə gəmisinə təxliyə ediblər. Hazırda SOCAR və digər aidiyyəti qurumlarla birgə yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

---------

15:14

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" və "Vixr-7" yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

---------

14:50

"Günəşli" yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.
 
SOCAR-dan APA-ya verilən məlumata görə, sentyabrın 26-da "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
 
NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur.
 
Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
 
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

--------

13:36

"Günəşli" yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.

Milli.A Trend-ə istinadən bildirir ki, sentyabrın 26-da "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və yanğın baş verib.

NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.