Ölkə

İyun səs-küylə gəlir

31 May 2016 13:36
200 Şərh     Baxış: 6 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 1-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 01-03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.