Ölkə

Bu yollardan hətta istirahət günlərində də keçmək olmur

30 May 2016 11:19
0 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının yol dərdi bitmək bilmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bu gün rəsmi olaraq qeyri-iş günü olmasına baxmayaraq, səhər saatlarında paytaxtın Azadlıq prospekti, Xudu Məmmədov, Hüseynbala Əliyev küçəsi, Ənvər Qasımzadə eləcə də Rahib Məmmədov və Aşıq Ələsgər küçələrinin kəsişməsində əqliyyat vasitələrinin sıxlığı və hərəkət sürətinin azalması müşahidə olunub.

Şəhər sakinlərinin sözlərinə görə isə, xüsusən də Azadlıq prospektinin Binəqədi rayonu ərazisində olan hissəsi demək olar ki, keçilməz olub.  Paytaxtda yol infrastruktunun təkmilləşdirilməsi məqsədilə görülən işlər də bu yolun dərdini, yükünü  azaltmır ki, azaltmır...

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.