Ölkə

İlhamənin oğlu: "Mən nazirəm ki..."

5 May 2016 16:28
4 Şərh     Baxış: 3 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməkdar artist Firuzə İbadovaya qızını işə düzəltmək adıyla 7 min manat pul atması ittihamı qarşı tərəfi özündən çıxarıb.

Milli.Az bildirir ki, Əli Mirəliyev tərəfindən irəli sürülən ittihamlara O.Nadirov publika.az vasitəsi ilə aydınlıq gətirib:
 
"Əlinin ağlı tamamən çaşıb. Mən yaşına görə ona hörmət edirdim, amma indən belə bir qram da ona hörmət etməyəcəm. Ağzına gələni danışır, deyir ki, guya mən kiməsə pul atmışam, kimisə işə düzəltməyi boyun olmuşam. Ay başınıza dönüm, məgər mən nazirəm, məmuram ki, kimisə işə düzəldim? Həyat yoldaşımı da bu işə qarışdırır, mən artıq əsəblərimi cilovlaya bilmirəm. O şəxs məhkəmədə mənimlə qarşılaşmalı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.