Səfərbərlik: Bu, indi Azərbaycana lazımdırmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hələlik Azərbaycanda ümumi hərbi səfərbərlik elan edilməsinə, orduya ehtiyatdan qüvvələr cəlb edilməsinə heç bir ehtiyac yoxdur. Çünki ordudakı briqadalarımız tam ştat cədvəli üzrə fəaliyyət göstərir. Amma müəyyən ehtiyatda olan şəxsi heyətin dəqiqləşdirilməsi işlərinin aparılması istisna edilmir.

Bunu Milli.Az-a açıqlamasında əhali arasında səfərbərliyin elan edildiyinə dair xəbərlərə münasibət bildirərkən hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov deyib.

Ekspert qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən müəyyən hazırlıq tədbirlərinin görülməsi normal haldır: "Ötən ilin sentyabrında keçirilən və ordudan 65 min nəfərin iştirak etdiyi ən böyük hərbi təlimlərdə ehtiyatdan minlərlə nəfər şəxsi heyət cəlb olunmuşdu. Adətən istənilən ölkə öz çağırış resurslarını bir daha dəqiqləşdirir, götür-qoy edir. Bu, normal prosesdir və ümumi işin bir hissəsidir. Nəzərə almaq lazımdır ki, cəbhədəki son ciddi toqquşmalar belə bir məsələni zəruri edə bilər. Ola bilər ki, bu istiqamətdə hansısa addımlar atılsın, müəyyən dəqiqləşdirmələr aparılsın, səfərbərlik resursları, ehtiyatda olan şəxslərin siyahısı nəzərdən keçirilsin. Məsələn, ola bilər ki, insan bu gün ayaq üstədir, amma sabah xəstə olsun, yaxud da hansısa başqa bir problemi üzə çıxsın. Dəqiqləşmə aparıla bilər ki, Allah eləməsin, kim dünyasını dəyişib, kim xəstədir, kim dövlət və özəl sektordakı işindən başqa yerə gedib. Amma hələlik isə buna heç bir ciddi ehtiyac yoxdur, heç bir narahatlığa da əsas yoxdur".
Qeyd edək ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) hələlik hər hansı rəsmi açıqlama verilməyib.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
XƏBƏR LENTİ
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Evdə ayaqyalın gəzməyin zərərləri
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)





