Binəqədi İcra Hakimiyyətində təmas xəttində baş verən hadisələrlə bağlı toplantı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 5-də Binəqədi rayon İcra Hakimiyyətində son günlər təmas xəttində baş verən hadisələrlə bağlı toplantı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, keçirilən toplantıda Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri, ictimai birliklər, İctimai Şuranın üzvləri, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər, ASAN könüllüləri iştirak etmişdirlər.
İlk öncə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri giriş nitqi ilə açmış, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Şəhid anası Pikə Əliyeva, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin fəalı, əsgər bacısı Nərgiz Qurbani çıxış edərək Azərbaycan ordusunun gücündən, dövlət başçımızın apardığı uğurlu siyasətdən söhbət açaraq torpaqlarımızın tezliklə azad olunacağını diqqətə çatdırmışlar və bu gün burada keçirilən tədbirin yaxın zamanda Qarabağda keçirərək Azərbaycan bayrağını dalğalandıracaqlarını bildirmişlər.
Sonra yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin hər dəfə öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Natiq bildirmişdir ki, Azərbaycan ordusunun qüdrəti, düşmənə layiqli cavab verməsi bir daha sübut edir ki, Azərbaycan dövləti etibarlı əllərdədir. Eyni zamanda natiq çıxışında bildirmişdir ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu gün hər birimiz həmrəy olaraq Qələbəyə gedən yolda ölkə başçımızın, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik.
Çıxışlardan sonra YAP Binəqədi rayon təşkilatının Biləcəri qəsəbə gənclər təşkilatının sədri, rayonun fəal gənci Sahib Hacızadə toplantı iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə müraciəti səsləndirmişdir.
Daha sonra isə Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramovun ifasında hərbi-vətənpərvərlik mövzusunda şeir kompozisiyası səsləndirilmiş, hərbçilər, "Şahin" hərbi-idman oyunun iştirakçıları və rayonun gəncləri hərbi vətənpərvərlik mahnılarının sədaları altında böyük Azərbaycan bayrağını açaraq, dalğalandırmışlar.
Toplantı bitdikdən sonra YAP Binəqədi Rayon Təşkilatının qarşısında Yeni Azərbaycan Partiyasının gənc fəalları, ASAN könüllüləri, rayonun tələbə gəncləri əllərində Azərbaycan bayraqlarını dalğalandıraraq "Şəhidlər ölməz"! "Vətən bölünməz"! şüarlarını səsləndirərək mitinq keçirmişlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi
XƏBƏR LENTİ
-
Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
PSJ rəhbərliyi "Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb - FOTO
-
Kiyevə zərbələr nəticəsində ölənlərin sayı artdı
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Qiymənin topalanma problemini həll etmək çox sadə imiş
-
Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi
-
Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin
-
Özəl tibb müəssisələrində lisenziya məsuliyyəti kimdədir?
-
Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb
-
Rubio: Tramp Si Cinpindən kömək istəməyib
-
Dünya Çempionatının finalında bir ilk: Sürpriz qonaqlar - FOTO
-
Bu bölgədə heç yatmayan bir düşmən var
-
"Real Madrid"də növbədənkənar seçki elan edildi
-
Uşaqlıq fotolarını paylaşdı
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
-
Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Zaur Əhmədov: Bakıda keçiriləcək WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq
-
Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar





