Ölkə

34 ildir ki, şəxsi muzeyini yaradıb

6 Fevral 2016 14:02
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonunun Qaralılar kənd sakini Fazil Əhmədov şəxsi muzeyində 400-dən artıq eksponatı qoruyub saxlayır.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, əvvəllər tarix müəllimi kimi çalışan Fazil Əhmədovun şəxsi muzeyində müxtəlif məişət əşyalarını görmək mümkündür. Peşəsinə və tariximizə hörmət əlaməti olaraq o, bütün əşyaları vaxtı ilə fəaliyyət göstərdiyi kənd məktəbinin bir otağında toplayıb. Eksponatların toplanmasına isə 34 ilini sərf edib.

"82-ci ildən başladım bu eksponatları bura yığmağa. Eksponatların əsas mənbəyi hara idi. Bizim kəndin o asfalt olan tərəfində qalaçalar deyilən yer var idi. Ora qədim insan yaşayış məskəni olub", - deyə eksponatları toplayan Fazil Əhmədov bildirib. Tarixin müxtəlif dövrlərini əhatə edən bu eksponatları Fazil müəllim, əsasən, sakinlərdən və rayon ərazisində aparılan yol bərpa işləri zamanı əldə edib.

Hazırda muzeydə olan ən qədim eksponatın 3 min yaşının olduğu bildirilir. Keçmiş tarix müəllimi qədim əşyaların bir neçəsini hətta rayon muzeyinə hədiyyə edib. Məktəbdə toplanan eksponatların hətta müəyyən vaxtlarda sərgilənməsi də həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.