Ölkə

Macarıstanın keçmiş dövlət müşaviri neftin qiymətlərinin artmasını gözləyir

29 Dekabr 2015 13:06
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin sonuna neftin qiymətləri indiki səviyyəni keçəcək.

Bunu Trend-ə 2003-2010-cu illərdə Macarıstanın 3 baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, 1 barel neftin qiyməti 20 dollaradək çatarsa, sərmayələrdə və istehsalda kəskin azalma baş verəcək ki, bu da neftin qiymətinin getdikcə artmasının başlanğıcı olacaq.

L.Kozmanın fikrincə, vəziyyət gələn ilin sonuna getdikcə yaxşılaşmağa başlaya bilər, belə ki, əks təqdirdə baş verənlər qlobal iqtisadiyyat üçün mənfi nəticələr verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.