Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:39
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 13 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat vermişik.
Trend MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin də işdən azad olunaraq, sərəncama göndərilməsi ilə bağlı yeni informasiya əldə edib.
Qeyd edək ki, Ə.Əliyev sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun "sağ əli" hesab olunurdu.
----------
15:28
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat vermişik.
Trend nazirliyin daha üç əməkdaşının vəzifədən azad olunaraq, sərəncama götürülməsi ilə bağlı yeni informasiya əldə edib.
Məlumatlı mənbələrdən Trend-ə verilən xəbərdə bildirilir ki, MTN-in Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.
Qeyd edək ki, işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.
Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.
--------
12:12
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) doqquz yüksək vəzifəli əməkdaşının işdən azad olunması ilə bağlı xəbər vermişdik.
Trend-ə daxil olan məlumata görə, MTN-in daha bir idarə rəisi, polkovnik Nazim Lətifov vəzifəsindən azad edilib və sərəncama götürülüb.
Əldə etdiyimiz informasiyaya görə, MTN-də kadr islahatları davam etdiriləcək.
Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs - qəti imkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
Evlərin divarına folqa sarımağa başladılar
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı





