Ölkə

Azərbaycanlının evlənmək həvəsini polis qursağında qoydu - FOTO

29 İyul 2015 14:48
23 Şərh     Baxış: 5 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçib.

"Report" xəbər verir ki, reyd zamanı sürücülərin sürət həddini aşması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, qarşı hərəkət zolağına çıxması və sürücülük hüququ olmadan avtomobili idarə etməsi faktları aşkarlanıb.

Bundan başqa, qanunsuz olaraq, kustar üsulla hazırlanmış pərdə və plyonkalardan istifadə edən sürücülər də saxlanılıb.

Reyd zamanı 28 sürücü barəsində inzibati protokollar tərtib olunub. Onlardan iki nəfəri sərxoş vəziyyətdə saxlanılıb.

Bir sürücü isə "VAZ 2107" markalı avtomobilinin arxa şüşəsinə "Ata məni də evləndir" yazdığı üçün cərimələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.