Ölkə

Bakıda "Jaguar"ını girovdan çıxaran şəxs "Hafka"dır? - 1 milyondan çox borcunu ödəyib

6 Dekabr 2023 18:18
Baxış: 2 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb. 

Milli.Az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Jaguar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb. 

Redaksiyamıza daxil olan məlumatda sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub. 

İş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı. 

Məsələ ilə bağlı Hafiz Məmmədovla əlaqə saxlamağa çalışsaq da, iş adamı telefon zənglərimizə cavab vermədi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.