Dünya

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırıb

28 Noyabr 2021 16:37
0 Şərh     Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə hökuməti "omikron" ştamının yayılması fonunda bir sıra ölkələrdən gələnlərə məhdudiyyətlər tətbiq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Çexiya, Niderland, Misir və Malavidən İsveçrəyə gələn vətəndaşlar mənfi koronavirus testi təqdim etməli olacaqlar. Testdən əlavə, onlar məcburi on günlük karantində qalmalıdırlar.

İsveçrə bu həftə yeni COVID-19 ştamının yayılması səbəbindən Afrikanın cənubundakı bir sıra digər ölkələrdən uçuşları qadağan edib.

Ardıcıl olaraq Honq-Konq, İsrail və Belçikadan da giriş məhdudiyyətləri tətbiq edilib. Yalnız evinə qayıdan isveçrəlilər və ya ölkədə yaşamaq icazəsi olan şəxslər İsveçrəyə gələ biləcəklər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.