Dünya

Erməni müəllim: Paşinyanı öldürək, ailəsini yandıraq!

22 Noyabr 2021 09:30
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

"2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan), Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır".

Tarix müəllimini qarşı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.