Dünya

PKK terror qruplaşmasının yaradıcılarından biri məhv edildi

18 Noyabr 2021 13:04
0 Şərh     Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının yaradıcılarından biri olan "Fuat" kod adlı Əli Heydər Kaytan məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, İraqın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

A.H.Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşamada sözü keçən əsas fiqurlardan biri sayılırdı.

Məlumata görə, MİT hadisə yerində araşdırma apardıqdan sonra zərərsizləşdirilən terrorçular arasında Əli Heydər Kaytanın da meyitinin olduğunu təsbit edib. Amma PKK rəhbərliyi terror qruplaşması daxilində təşviş yaranmaması üçün onu gizlicə dəfn edib.

Qruplaşma rəhbərliyi A.H.Kaytanın məhv edildiyini bilən və basdırılmasında iştirak edən şəxsləri öldürdüb. Onun dəfn olunduğu yer isə yalnız qruplaşma başçılarına məlumdur.

Bildirilib ki, A.H.Kaytan 2016-cı ildə terrorçu PKK-nın adından terrorçu-kamikadzeləri seçərək Ankarada Merasim küçəsi və Güvənparka hücum etmək üçün təlimatlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.