Dünya

Malayziya turistlər üçün sərhədləri gələn ilin yanvarında açacaq

12 Noyabr 2021 19:12
0 Şərh     Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malayziya hökuməti turistlər üçün sərhədləri ən geci gələn ilin yanvarında açmağı planlaşdırır.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Malayziya Milli Dirçəliş Şurasının sədri Muhiddin Yassin məlumat verib.

"Vaksinasiya sahəsində əldə edilən uğurları nəzərə alan Şura, gələn il yanvarın 1-dən gec olmamaq şərti ilə turistlər üçün sərhədləri açmaq barədə qərar qəbul edib", - deyə M.Yassin bildirib. Şura sədri bu addımın turizm sektorunu bərpa etmək məqsədilə atıldığını da əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan bəri Malayziya sərhədləri bağlanıb. Hökumət bu yaxınlarda Lanqkavi adasındakı kurortların vaksin qəbul etmiş turistlər üçün noyabrın 15-dən sonra açılacağını bəyan edib.

Hazırda Malayziyada əhali arasında tam vaksinasiyanın səviyyəsi 95 faizə çatıb. 12 yaşdan yuxarı yeniyetmələr arasında isə bu göstərici 75 faiz təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.