Dünya

Gürcüstanda dekabrın 1-dən “Yaşıl pasport” rejimi tətbiq olunacaq

10 Noyabr 2021 21:20
0 Şərh     Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 1-dən Gürcüstanda "Yaşıl pasport" rejimi tətbiq ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVID-19 pasportu tətbiq olunacaq. "Yaşıl pasport"da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də "yaşıl status" veriləcək.

Hökumət başçısı deyib ki, COVID-19 pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacaq.

"Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə "yaşıl pasport" təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək", - deyə İ.Qaribaşvili vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.