Dünya

Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb

8 Noyabr 2021 09:24
0 Şərh     Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın 5 vilayətində qeyri-iş günlərinin müddətini uzatmaq barədə qərar verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu addımda məqsəd koronavirus pandemiyası ilə bağlı vəziyyəti sabitləşdirməkdir.

Novqorod, Kursk, Smolensk, Tomsk və Çelyabinsk vilayətlərinin rəhbərliyi bu gündən etibarən qeyri-iş günlərinin müddətini noyabrın 14-dək uzatmağa qərar veriblər.

Qeyd edək ki, oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkə üzrə 30 oktyabrdan 7 noyabradək qeyri-iş günləri elan edilmişdi. Regionların rəhbərliyinə zəruri hallarda bu müddəti artırmaq səlahiyyəti verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.