Dünya

Bu halda Kiyevə hücum edəcəyik - Puşilin

5 Noyabr 2021 10:52
0 Şərh     Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ilə mümkün genişmiqyaslı müharibədə yalnız hərbi yolları nəzərdən keçirmirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, qondarma "donetsk xalq respublikasının" rəhbəri Deniş Puşilin deyib.

O bildirib ki, Ukraynada enerji sektoru və yanacaq qıtlığı yaşanarsa, Kiyev hakimiyyəti əhalinin diqqətini bu problemlərdən yayındırmaq üçün Donbasda vəziyyəti gərginləşdirə bilər:

"Uzun zamandır ki, Ukraynanı müşahidə edirik və görürük ki, məntiqsizlik və özünüməhv bu ölkəyə xasdır. Ona görə də biz istənilən gedişata hazır olmalıyıq".

O qeyd edib ki, Ukrayna ordusunun hücumu baş verərsə, "əl-qolları" açılacaq:

"Sizi əmin edirəm ki, biz yalnız öz mövqelərimizi müdafiə etməklə kifayətlənməyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.