Dünya

Bu ölkədə peyvənd olunmayan işçilər işdən çıxarılacaq

4 Noyabr 2021 21:58
0 Şərh     Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya parlamenti yekun oxunuşda COVID-19-un yayılmasına nəzarət haqqında qanuna düzəlişləri qəbul edib.

Milli.Az "Report"a istinadən bildirir ki, dəyişikliklərin lehinə 52 deputat, əleyhinə 27 deputat səs verib, 2 deputat bitərəf qalıb.

Düzəlişlər işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir.

Həmçinin işəgötürənin işçidən COVID-19 sertifikatı tələb etmək hüququ var. İşçi 10 iş günündən gec olmayaraq peyvənd olunmağa borcludur. Noyabrın 15-dək işçi peyvənd prosesinə başlamazsa və ya başa vurmazsa, o zaman işəgötürənin onu işdən çıxarmaq hüququ olacaq.

Bundan əlavə, işəgötürən, özəl sektorda çalışan işçinin işdən çıxarılması halında onun maaşını saxlaya bilər. Dövlət sektorunda bu seçim təmin edilmir.

Qanun layihəsi Latviya prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory