Dünya

“Liftlərlə oynadığı” üçün brifinqə gecikdiyini deyən Bayden jurnalistlərdən üzr istəyib

1 Noyabr 2021 07:19
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden G20 sammitinin sonunda Romada mətbuat konfransına demək olar ki, bir saat gecikib.

Milli.Az APA-ya istinadən bildirir ki, ABŞ lideri bunu "liftlərlə oynaması" ilə izah edərək, gecikdiyinə görə jurnalistlərdən üzr istəyib.

"Xahiş edirəm, oturun. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Liftlərlə oynadıq, uzun hekayədir. Hər halda, axşamınız xeyir", deyə Bayden çıxışına başlayıb.

26 dəqiqə davam edən brifinqdə o, liftlərin gec gəlməsi ilə bağlı narazılığını ifadə etməyib.

Xatırladaq ki, "Fox News" kanalı iyunun 1-dən oktyabrın ikinci həftəsinə qədər Baydenin ictimai tədbirlərə orta hesabla 22,4 dəqiqə gecikdiyini təxmin edib: "Bayden bəzən tədbir iştirakçılarını bir saat və ya daha çox gözlətdirib. Prezident avqust ayında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda keçirilən brifinqlərə, orta hesabla 34 dəqiqə gecikib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.