Dünya

Peyvənd olunmayanlar üçün lokdaun elan oluna bilər

30 Oktyabr 2021 09:10
0 Şərh     Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada koronavirusa qarşı vaksinasiyadan imtina edənlər üçün karantin tədbirlərinin sərtləşdirilməsi müzakirə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Tibbi Palatasının sədri Klaus Raynhard məlumat verib.

O, peyvənd olunmayanlar üçün lokdaun elan oluna biləcəyini deyib.

Palata sədri hazırda Almaniyada epidemik vəziyyətin pisləşməsi fonunda bu qərarın mümkün variantlardan biri olduğunu bildirib.

Qeyd edək ki, pandemiya dövründə Almaniyada artıq iki dəfə lokdaun tətbiq olunub. Onlardan birincisi 3 ay, ikincisi isə 6 ay davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.