Dünya

Qazaxıstanda bu peyvəndlər pullu olacaq

16 Oktyabr 2021 08:08
0 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda idxal koronavirus vaksinləri 2020-ci ildən etibarən ödənişli olacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn ildən yerli vaksin olan "QazVak" və ölkədə istehsal olunan "Sputnik V" pulsuz vurulacaq:

"Qazaxıstanda kliniki sınaqlardan keçmiş və təsiri sübut olunmuş yerli vaksinimizi istehsal edə bildiyimiz üçün sözügedən peyvəndi pulsuz təmin etmək mümkündür. Digər vaksinlərin isə bazarda dövriyyəsi təmin ediləcək".

Qazaxıstanda "QazVak" və ölkədə istehsal olunan "Sputnik V" vaksini ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi "Sinopharm", "CoronaVac" və "Hayat-Vax" istifadə olunur. Gələn ay isə ölkəyə "Pfizer" tədarükü gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.