Dünya

Türkiyə hərbçiləri terrorçuları zərərsizləşdirib

9 Oktyabr 2021 23:07
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" və "Barış Pinarı" əməliyyat zonalarında 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 4-ü "Barış Pinarı" bölgəsində, 1-i isə "Fərat qalxanı" bölgəsində hücum təşkil etməyə çalışarkən məhv edilib.

Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.