Dünya

İsrailin Baş naziri oktyabrın 22-də Rusiyaya səfər edəcək

5 Oktyabr 2021 23:43
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsrailin Baş naziri Naftali Bennetin Rusiyaya səfəri oktyabrın 22-nə planlaşdırılıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi jurnalistlərə açıqlamsında bildirib.

Səfir səfərlə bağlı məlumatın Rusiya tərəfinin bəyan etdiyini deyərək, belə bir planın olduğunu təsdiqləyib: "Belə bir plan var".

Qeyd edək ki, N.Bennet iyunun 13-də İsrailin Baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə 2009-cu ildən İsrail Baş naziri olmuş Benyamin Netanyahunu əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.